SİYASƏT


Baş nazir Andrey Kobyakov: Azərbaycan bölgədə Belarusun ən etibarlı dostu və strateji müttəfiqidir

Minsk, 12 oktyabr, AZƏRTAC

Azərbaycan bölgədə Belarusun ən etibarlı dostu və strateji müttəfiqidir.

AZƏRTAC xəbər verir ki, bu fikri Belarus Respublikasının Baş naziri Andrey Kobyakov Minsk şəhərində rəsmi səfərdə olan Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.

Azərbaycan ilə Belarus arasında iqtisadi, mədəni, elmi-texniki əlaqələrin inkişaf tempindən söz açan Baş nazir qeyd edib ki, son illər maşınqayırma, kənd təsərrüfatı texnikası və informasiya texnologiyaları istiqamətində əməkdaşlıq yüksələn xətlə inkişaf edir.

Milli Məclisin sədri Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən qlobal iqtisadi layihələrdən söz açıb. Spiker Azərbaycanla Belarus arasında mövcud olan iqtisadi, ticari, elmi, mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb. Oqtay Əsədov deyib ki, Minsk traktor zavodunun Gəncə avtomobil zavodunda istehsal olunan traktor və avtomobilləri Azərbaycan vasitəsilə Türkiyə bazarına çıxarılacaq.

Görüşdə Milli Məclisin komitə sədrləri Ziyad Səmədzadə, Fuad Muradov, deputatlar Xanlar Fətiyev, Ülviyyə Ağayeva, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov və başqaları iştirak ediblər.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.