SİYASƏT


Baş nazir Boyko Borisov: Qlobal Bakı Forumu ölkələr arasında əməkdaşlığın inkişafına mühüm töhfə verir

Bakı, 15 mart, Nəriman Həsənzadə, AZƏRTAC

Qlobal Bakı Forumu burada müzakirə edilən mövzuların aktuallıq kəsb etməsi baxımından önəmli olması ilə yanaşı, həm də ölkələr arasında əməkdaşlığın inkişafına mühüm töhfə verir.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Bolqarıstanın Baş naziri Boyko Borisov deyib.

Baş nazir Azərbaycan-Bolqarıstan münasibətlərinə toxunaraq ölkələrimiz arasında səmərəli əməkdaşlığın mövcud olduğunu söyləyib. O qeyd edib ki, Azərbaycanla Bolqarıstan bir çox sahələrdə, o cümlədən turizm, mədəniyyət və digər sahələrdə uğurlu əməkdaşlıq edir. “Hesab edirəm ki, bu əməkdaşlıq daha da inkişaf etdiriləcək”, - deyə Baş nazir əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.