SİYASƏT


Baş nazir: Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarında ekoloji terror törədib

Bakı, 19 fevral, AZƏRTAC

Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycanın işğal olunmuş torpaqlarında ekoloji terror törədib. Qədim tarixə, nadir maddi və mənəvi irsə, özünəməxsus flora və faunaya, zəngin yeraltı və yerüstü sərvətlərə malik olan Qarabağ düşmən tərəfindən vəhşicəsinə istismar edilib. Regionun meşə örtüyü məqsədli şəkildə məhv edilib, münbit torpaqlar, su ehtiyatları ekoloji və radioaktiv çirklənməyə məruz qoyulub.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Ankarada keçirilən 1-ci Türk Dünyası Meteorologiya Forumundakı çıxışında söyləyib.

Bölgənin təbii landşaftının ciddi deformasiyaya uğradığını bildirən Baş nazir deyib: “Qeyri-qanuni olaraq təbii sərvətlərin istismarı və mənimsənilməsi həyata keçirilib. Hətta uzun illər qeyri-qanuni məskunlaşmadan sonra əzəli torpaqlarımızı boşaldarkən düşmən ağacları kəsib, meşələrimizi məhv edib. İşğaldan azad edilmiş ərazilərdə ekoloji vəziyyətin bərpası üçün kompleks tədbirlər görüləcək. Bu torpaqlar “yaşıl enerji” zonasına çevriləcək. Keçmiş köçkün əhalimiz böyük qayıdış proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdacaq”.

Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiqləndiyini diqqətə çatdıran Əli Əsədov qeyd edib ki, həmin sənəddə qlobal iqlim dəyişikliklərinin miqyasının azaldılması, təmiz ətraf mühitin təmin olunması və Azərbaycanın yaşıl artım ölkəsinə çevrilməsi də yaxın onilliyin əsas strateji istiqaməti kimi göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.