DÜNYA


Baş nazir: Marneuli rayonu bütün Gürcüstanı kənd təsərrüfatı məhsulları ilə təmin edir

Tbilisi, 13 aprel, AZƏRTAC

Gürcüstan hökuməti azərbaycanlıların yığcam yaşadıqları bölgələrə diqqəti artıracaq. Bu bölgələrin inkişafı hökumət üçün çox vacibdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri Mamuka Baxtadze Marneulinin icra başçısı vəzifəsinə hakim “Gürcü arzusu -demokratik Gürcüstan” Partiyasının namizədi Zaur Darğallının təqdimatında çıxışı zamanı deyib. O bildirib ki, Kvemo Kartli bölgəsinin bütün rayonları, o cümlədən Marneuli rayonu kənd təsərrüfatı üçün çox əlverişlidir. Marneuli rayonu bütün Gürcüstanı kənd təsərrüfatı məhsulları ilə təmin edir. Dövlət bu bölgədə kənd təsərrüfatı proqramlarına investisiyaları üç dəfə artıracaq.

M.Baxtadze qeyd edib ki, bölgələrin inkişafı hökumətin əsas prioritetlərindən biridir. Məhz buna görə də 2019-cu ildə Marneuliyə yeni yollar çəkilib, məktəb və uşaq bağçalarının tikintisinə, digər infrastruktur layihələrinə rekord həcmdə sərmayə ayrılıb. Baş nazir söz verib ki, gələcəkdə kənd təsərrüfatı layihələrinə investisiyalar daha da artırılacaq və hazırda həyata keçirilən proqramlar genişləndiriləcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.