DÜNYA


Baş nazir: Moldovanın problemi məmurların məsuliyyətsizliyi və zəif idarəçilik sistemidir

Kişineu, 8 dekabr, AZƏRTAC

Moldovanın problemi maliyyə vəsaitinin azlığı deyil, məmurların məsuliyyətsizliyi və zəif idarəçilik sistemidir.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, bu fikri vətəndaşlarla görüşündə Moldovanın Baş naziri Pavel Filip söyləyib. Baş nazirin sözlərinə görə, su təchizatı və kanalizasiya sistemlərinin olmaması, tullantıların idarə edilməməsi, yolların pis olması əsas problemlərdəndir.

P.Filip, həmçinin yaxın vaxtlarda əhalinin yaşayış məntəqələrində su təchizatı və kanalizasiya sistemlərinin tikintisi, həmçinin qatı tullantıların idarə edilməsi sistemlərinin əsas planlarını təsdiq edəcəklərini vurğulayıb.

Baş nazir müəllimlərin maaşlarının təxminən 23 faiz artmasına toxunaraq, hökumətin müəllim heyətini dəstəkləməyə davam edəcəyini söyləyib. Bildirib ki, Moldovada güclü təhsil sistemi yaradılarsa, ölkə zəngin və firavan ola bilər.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.