DÜNYA


Baş nazir Narendra Modi: Hindistan 2030-cu ilədək dünyanın ikinci ən böyük iqtisadiyyatı ola bilər

Bakı, 11 fevral, AZƏRTAC

Hindistan dünyanın ən sürətlə inkişaf edən ölkə statusunu qoruya bilsə 2030-cu ilədək planetin ən böyük ikinci iqtisadiyyatı ola bilər.

AZƏRTAC Hindistan KİV-lərinə istinadla xəbər verir ki, bunu ölkənin baş naziri Narendra Modi Böyük Noyda şəhərində keçirilən “Petrotech 2019” neft-qaz sərgisinin açılış mərasimində deyib. O, Hindistanın hazırda dünyanın ən böyük 6-cı iqtisadiyyatına sahib olduğunu vurğulayaraq, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı kimi qurumların da Hindistanın hazırkı inkişafının davamlı olacağı ilə bağlı proqnozlarını yada salıb. Baş nazir ölkəsinin 2030-cu ilədək ABŞ-ı qabaqlayaraq dünyanın ikinci iqtisadiyyatı ola biləcəyini deyib.

Qeyd edək ki, Dünya Bankının 2018-ci il üçün statistik məlumatına əsasən, hazırda 19,39 trilyon dollarlıq ümumi daxili məhsula malik ABŞ dünyanın birinci, Çin (12,24 trilyon dollar) ikinci, Yaponiya (4,87 trilyon dollar) isə üçüncü iqtisadiyyatına malikdirlər. Keçən il Hindistanın ÜDM göstəricisi təxminən 2,6 trilyon dollar olub. Bir çox mütəxəssislər yaxın illərdə Çinin ABŞ-ı qabaqlayaraq liderliyə yüksələcəyini, habelə Hindistanın əhəmiyyətli irəliləyiş əldə edəcəyini proqnozlaşdırırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.