DÜNYA


Baş nazir Şinzo Abe Rusiya ilə ərazi mübahisəsini həll edəcəyini deyib

Tokio, 7 fevral, AZƏRTAC

Yaponiyanın Baş naziri Şinzo Abe vəd edib ki, Rusiya ilə ərazi mübahisəsini həlli etməyə çalışacaq.

AZƏRTAC xəbər verir ki, bu bəyanatla Ş.Abe fevralın 7-də ənənəvi “Şimal torpaqlarının qaytarılması üzrə milli qurultay”da çıxış edib. Ş.Abe bəyan edib ki, İkinci Dünya müharibəsinin son günlərində Rusiya tərəfindən işğal edilən “şimal torpaqları” məsələsinin həlli vacib olduğu qədər də çətindir. “Müharibədən ötən 73 ildə davam edən bu məsələni həll etmək çox çətindir. Buna baxmayaraq, biz onun həllinə çalışırıq”, - deyə Ş.Abe vurğulayıb. Baş nazir deyib ki, “şimal torpaqları” sakinlərinin bu adalara hisslərini nəzərə alaraq, biz həmin problemi addım-addım həll etməyə çalışırıq.

Yaponiyanın Hokkaydo adasından şimalda yerləşən dörd adanın qaytarılması Ş.Abe hökuməti üçün prioritetlərdən biridir.

Xatırladaq ki, ötən ilin noyabrında Ş.Abe və Rusiya Prezidenti Vladimir Putin sülh müqaviləsi ilə bağlı danışıqları 1956-cı ildə Yaponiya ilə SSRİ arasında imzalanan birgə bəyannamə əsasında sürətləndirmək barədə razılıq əldə ediblər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.