DÜNYA


Baş nazir Şinzo Abenin iyunun ortalarında İrana səfəri gözlənilir

Tokio, 26 may, AZƏRTAC

Yaponiyanın Baş naziri Şinzo Abe ABŞ ilə İran arasında gərginliyin azaldılması məqsədilə Tehrana səfərin mümkünlüyünü araşdırır.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, səfər baş tutacağı təqdirdə bu, Yaponiya Baş nazirinin 1978-ci ildən sonra İrana ilk səfəri olacaq.

Etibarlı mənbələrin bildirdiyinə görə, Ş.Abe iyunun ortalarına planlaşdırılan səfər zamanı İran Prezidenti Həsən Ruhani ilə görüşəcək. Baş nazirin bu barədə son qərarı mayın 27-də ABŞ Prezidenti Donald Tramp ilə müzakirələrdən sonra qəbul edəcəyi gözlənilir.

Qeyd edilir ki, Ş.Abe Yaponiya ilə İran arasında dostluq əlaqələrini yüksək qiymətləndirir. 2013-cü ildən başlayaraq, o, demək olar ki, hər il BMT Baş Məclisinin Nyu-Yorkda keçirilən iclasları zamanı H.Ruhani ilə görüşür.

Xatırladaq ki, Baş nazir ötən həftə gözlənilmədən Yaponiyaya səfər edən İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə də müzakirələr aparıb.

Həmin görüş zamanı iki ölkə arasında əlaqələrin inkişaf etdiriləcəyi təsdiq olunub. Ş.Abe, həmçinin İranın böyük dövlətlərlə nüvə sövdələşməsinə əməl edəcəyinə inandığını da bildirib.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.