DÜNYA


Baş nazir: Ukrayna yaxın 5-10 ildə Avropa İttifaqına üzv olmaq niyyətindədir

Baş nazir: Ukrayna yaxın 5-10 ildə Avropa İttifaqına üzv olmaq niyyətindədir

Kiyev, 22 mart, AZƏRTAC

Ukrayna yaxın 5-10 ildə Avropa İttifaqına üzv olmaq niyyətindədir. Bunun üçün Ukraynada vacib islahatlar həyata keçiriləcək.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal məlumat verib.

Baş nazirin sözlərinə görə, Avropa İttifaqına üzv olmaq üçün korrupsiya qarşı mübarizə, məhkəmə sistemi Avropa standartlarına uyğunlaşdırılmalıdır.

"Ukrayna Avropa ittifaqına üzv olması üçün lazım olan bütün islahatlara gedəcək”, - deyə Baş nazir əlavə edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.