Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Baş nazirin müavini Əli Həsənov Füzuli, Ağdam və Tərtər rayonlarında olub VİDEO

Füzuli, 17 may, AZƏRTAC

Mayın 16-da Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Füzuli rayonunda məskunlaşmış məcburi köçkünlər üçün salınan yeni qəsəbədə tikinti işlərinin gedişi ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, Füzuli rayonuna səfəri zamanı Baş nazirin müavini Əli Həsənov əvvəlcə aprelin ilk günlərində Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin işğalından azad etdiyi strateji əhəmiyyətli “Lələtəpə” yüksəkliyinə gəlib, burada əsgərlər və zabitlərlə görüşüb.

Əli Həsənov bildirib ki, gənc nəslin nümayəndələrini tez-tez belə yerlərə gətirmək və onlarda vətənpərvərlik hisslərini gücləndirmək lazımdır. O, Silahlı Qüvvələrimizin aprelin əvvəllərində düşmən üzərində qazandığı qələbənin Azərbaycan tarixinin ən önəmli hadisələrindən biri kimi yadda qalacağını qeyd edib. Eyni zamanda, bu qələbəni qazanan əsgərlərimizin də zəfərinin tarixə düşdüyünü deyən Əli Həsənov bunun çox böyük hadisə olduğunu vurğulayıb. Əli Həsənov qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən əsgərlərə yaradılan yüksək şərait bizim üçün qürurvericidir. O, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində bu gün Azərbaycan Ordusunun nəinki regionda, dünya miqyasında güclü ordular sırasında olduğunu, Silahlı Qüvvələrimizin maddi-texniki bazasının böyük dərəcədə möhkəmləndiyini bildirib.

Baş nazirin müavini, həmçinin Ordumuzda nizam-intizamın, qələbə əzminin yüksək səviyyədə olduğunu, aprel döyüşlərinin bunu bir daha sübut etdiyini söyləyib. Əli Həsənov vurğulayıb ki, bu gün nəinki orduda, bütün cəmiyyətdə vətənpərvərlik hissi çox yüksək səviyyədədir.

Əsgərlər üçün yaradılan şəraitlə tanış olan Baş nazirin müavini əldə edilən nailiyyətlərdə Müdafiə Nazirliyinin uğurlu fəaliyyətini yüksək qiymətləndirib, əsgər və zabitlərə yeni-yeni qələbələr arzulayıb.

“Bütün cəmiyyət vahid amal uğrunda birləşib. Bizim üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllindən vacib məsələ yoxdur. Bu, ən birinci məsələdir. Əminik ki, İlham Əliyev kimi Ali Baş Komandanı olan qüdrətli Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı tezliklə düşməndən azad edəcək və məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaqlar”, - deyə Əli Həsənov vurğulayıb.

Sonra Baş nazirin müavini rayon ərazisində fin tipli qəsəbədə məskunlaşmış məcburi köçkünlərlə görüşüb, onların bir sıra problemlərini dinləyib. Əli Həsənov burada məskunlaşan məcburi köçkünlərin tezliklə rayon ərazisində onlar üçün tikilən, bütün infrastruktur obyektləri olacaq yeni müasir qəsəbəyə köçürüləcəyini diqqətə çatdırıb.

Baş nazirin müavini Əli Həsənov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərə hər zaman xüsusi diqqət və qayğı göstərir, onların problemlərinin həlli istiqamətində ardıcıl olaraq qərarlar qəbul edilir. Bu həssas məsələyə prinsipiallıqla yanaşma Prezident İlham Əliyevin fəaliyyətinin prioritetlərindəndir. Bu fəaliyyət təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də yüksək qiymətləndirilir.

Azərbaycan Prezidenti İlham Əliyevin onların rahat, firavan həyatı haqqında hər zaman düşündüyünü və bunu daim hiss etdiklərini deyən məcburi köçkünlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildiriblər. Onlar həmişə Prezident İlham Əliyevə arxalandıqlarını, dövlətimizin başçısının müdrik, qətiyyətli və prinsipial siyasəti nəticəsində torpaqlarımızın tezliklə düşməndən azad olunacağına, doğma yurdlarına qayıdacaqlarına inandıqlarını qeyd ediblər.

Mayın 17-də Əli Həsənov Füzuli rayonu ərazisində məcburi köçkünlər üçün yeni salınan qəsəbədə tikinti işlərinin gedişi ilə tanış olub.

Burada inşaat işlərini yerinə yetirən şirkətlərin nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə müvafiq müzakirələr aparılıb. Baş nazirin müavini qəsəbənin tikintisində çalışan şirkətlərin rəhbərləri ilə birlikdə tikinti sahəsinə baxış keçirib, işlərin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılması ilə bağlı konkret tapşırıqlar verib.

Müşavirədə bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli Sərəncamla edilmiş “Əlavələr”in 1.1-ci bəndinin icrası ilə əlaqədar olaraq Füzuli rayonu ərazisində fin tipli qəsəbədə müvəqqəti məskunlaşan məcburi köçkün ailələri üçün bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə salınan qəsəbədə işlər davam etdirilir. Layihəyə əsasən qəsəbədə 20-si birotaqlı, 200-ü ikiotaqlı, 168-i üçotaqlı, 12-si dördotaqlı olmaqla 400 mənzil olacaq. Ərazidə bundan əlavə 360 şagird yerlik məktəb binası, 120 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası və inzibati bina da tikilir. Qəsəbə qaz, su və elektrik ilə tam təchiz olunacaq.

Baş nazirin müavini Əli Həsənov inşaat işlərinin gedişi ilə yaxından tanış olduqdan sonra tikinti şirkətlərinin rəhbərlərinin təkliflərini dinləyib. Əli Həsənov tikinti şirkətlərinin rəhbərlərinə işlərin vaxtında və keyfiyyətlə başa çatdırılması ilə bağlı konkret tapşırıqlar verib və işlərin tikinti qaydalarına uyğun olaraq yüksək səviyyədə icra olunmasının vacibliyini bildirib.

Baş nazirin müavini bir daha vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə hər il minlərlə məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılır. Füzuli rayonu ərazisində salınan bu qəsəbə dövlətimizin başçısının sərəncamları ilə təsdiq edilən Dövlət Proqramının müvafiq bəndinə əsasən inşa edilir.

Məcburi köçkünlərin məskunlaşdırılmasının ölkəmizin qarşısında duran prioritet məsələ olduğunu qeyd edən Əli Həsənov bildirib ki, dövlətimizin başçısı qaçqın və məcburi köçkünlərin problemlərini daim diqqət mərkəzində saxlayır və bu məqsədlə qarşıya konkret vəzifələr qoyub. Bu vəzifələrin yüksək səviyyədə həlli istiqamətində Prezident İlham Əliyevin müəyyən etdiyi strategiya, həmçinin dövlətimizin başçısının qaçqınlara və məcburi köçkünlərə diqqət və qayğısından irəli gələn tapşırıqlar vaxtından əvvəl və keyfiyyətlə yerinə yetirilməlidir.

Qərara alınıb ki, tikinti işlərinin sürətlə aparılması ilə yanaşı, keyfiyyətə də ciddi fikir verilməli və yaşayış kompleksi bütün infrastruktur obyektləri ilə birlikdə yüksək səviyyədə təhvil verilməlidir.

Müşavirədən sonra Əli Həsənov AZƏRTAC-a müsahibə verib. Baş nazirin müavini bildirib ki, bu günədək ölkəmizdə 15 fin qəsəbəsi mövcud idi, onların 14-ü artıq ləğv edilib, 15-ci fin qəsəbəsi isə bu il ərzində ləğv ediləcək və orada məskunlaşmış məcburi köçkünlər yeni tikilən müasir qəsəbəyə köçürüləcəklər. Bundan başqa, digər müxtəlif layihələrimiz də var. Tərtərdə yeni qəsəbənin salınması ilə bağlı layihə artıq hazırdır. Şirvan şəhərində, Bakının Kürdəxanı qəsəbəsində salınacaq böyük massivlərin layihələri hazırlanıb. Qobu qəsəbəsində salınacaq kompleksin isə layihələndirmə işləri bu il başa çatdırılacaq. Ayrılacaq vəsaitlər hesabına artıq bu ərazilərdə də tikinti işlərinə başlanılacaq.

“Lələtəpə” yüksəkliyində əsgər və zabitlərlə görüşündən aldığı təəssüratları bölüşən Əli Həsənov onlarda yüksək əhval-ruhiyyənin, güclü vətənpərvərlik hissinin olduğunu vurğulayıb. O deyib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqımızın çoxdan arzuladığı müvəffəqiyyətlərə nail oldu. Həm hərbçilərimizdə - əsgər, zabit və generallarımızda, həm də mülki şəxslərdə Vətən uğrunda, torpaqlarımızın azad olunması uğrunda döyüş ruhu yüksək səviyyədədir. Azərbaycan Prezidentinin gördüyü işlər göz qabağındadır. Dövlətimizin başçısının göstərdiyi cəsarət, onun iradəsi, hərbçilərimizə verdiyi qiymət, bütün bunların nəticəsi olaraq bizdə tam əminlik yaranıb ki, işğal altındakı torpaqlarımızın hamısını azad edəcəyik, məcburi köçkünlər doğma yurdlarına qayıdacaqlar. Prezident İlham Əliyev həmişə öz çıxışlarında bildirib ki, biz müharibə istəmirik və münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq. Biz istəmirik ki, anaların, bacıların gözləri yaşlı olsun. Lakin əgər düşmən təxribatlarını davam etdirərsə, Azərbaycanın qüdrətli ordusu işğal altındakı torpaqlarımızı tezliklə azad edəcək. Biz buna əminik.

Silahlı Qüvvələrimizin düşməndən azad etdiyi “Lələtəpə”də bir ay ərzində yaradılan şərait barədə danışan Əli Həsənov vurğulayıb ki, bunu ancaq torpağı azad etmək hissi ilə yaşayan vətənpərvər insanlar edə bilərlər. Bunu bizim ordumuz edib. Bu gün Füzulidə məcburi köçkünlər üçün yeni qəsəbənin tikintisində iştirak edən inşaatçılar öz vəsaitləri hesabına oraya əlavə tikinti materialları göndərmək barədə qərara gəliblər. Halbuki, Azərbaycan Ordusunun heç bir köməyə ehtiyacı yoxdur. Çünki Ali Baş Komandanımız ordumuzu lazım olan hər şeylə təmin edib. Bir sözlə, bu gün həm Azərbaycan Ordusunda, həm də mülki əhalimizdə yüksək əhval-ruhiyyə var və belə əhval-ruhiyyə ilə biz işğal altındakı torpaqlarımızı Ali Baş Komandanımızın rəhbərliyi altında hər an azad edə bilərik.

x x x

Mayın 17-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ağdam və Tərtər rayonlarına gələrək apreldə işğalçı Ermənistan ordusu tərəfindən iriçaplı silahlar və artilleriya qurğularından açılmış atəş nəticəsində dağılmış evlərə baxıb. 

Diqqətə çatdırılıb ki, təmas xəttində yerləşən ərazilərimiz işğalçı Ermənistanın təxribatçı hücumları nəticəsində mütəmadi olaraq atəşə tutulub, məcburi köçkünlərə və yerli sakinlərə ciddi ziyan dəyib, evlər dağıdılıb, hərbçilər və mülki sakinlər həlak olub. On yeddi məcburi köçkün həlak olub, 40 nəfər yaralanıb. Məcburi köçkünlərin məskunlaşdığı 452 mənzil zərər çəkib, onlardan 15-i tamamilə, 437-si qismən dağıdılıb, 311 iri və xırdabuynuzlu mal-qara tələf edilib. Dağılmış evlərdə artıq bərpa işlərinə başlanılıb.

Zərər çəkmiş sakinlərlə söhbəti zamanı Əli Həsənov onların dağılmış bütün evlərinin Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə yüksək keyfiyyətlə bərpa olunacağını diqqətə çatdırıb. O bildirib ki, zərərçəkmiş bütün evlər əvvəlkindən də yaxşı səviyyədə bərpa ediləcək.

Əli Həsənov Azərbaycan Silahlı Qüvvələrinin aprelin əvvəllərində döyüş meydanında öz gücünü göstərdiyini, ermənilərin ordumuz qarşısında aciz qaldıqlarını, beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq mülki əhaliyə atəş açdıqlarını söyləyib.

Qoşunların təmas xəttinə yaxın ərazilərdəki kəndlərin sakinlərinin xalqımızın qürur mənbəyi olduğunu vurğulayan Baş nazirin müavini onların burada, təhlükəli yerdə, düşmənlə üz-üzə yaşadıqlarını, öz yerlərində möhkəm dayandıqlarını deyib. O, düşmənin təxribat xarakterli hərəkətlərinə layiqli cavab verən Azərbaycan Ordusunun cəbhənin bütün istiqamətlərindəki uğurlarının xalqımızda qürur hissi yaratdığını bildirib.

Sakinlər düşməndən qorxmadıqlarını, öz torpaqlarında möhkəm dayandıqlarını, əhval-ruhiyyələrinin yüksək səviyyədə olduğunu, Prezident, Ali Baş Komandan İlham Əliyevə, ordumuza arxalandıqlarını söyləyib, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Həmçinin qeyd ediblər ki, Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın cəbhə bölgəsindəki rayonlara səfəri, əsgər və zabitlərlə, buradakı kəndlərin sakinləri və məcburi köçkünlər ilə görüşü onlarda böyük ruh yüksəkliyi yaradıb və qələbəyə inamı daha da artırıb. 

 

Baş nazirin müavini Əli Həsənov Füzuli, Ağdam və Tərtər rayonlarında olub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək