CƏMİYYƏT


Baş prokuror: Azərbaycan müstəqillik əldə etdikdən sonra medianın inkişafı üçün zəruri olan bütün şərait yaradılıb

Bakı, 10 avqust, AZƏRTAC

Azərbaycan müstəqillik əldə etdikdən sonra medianın inkişafı üçün zəruri olan bütün şərait yaradılıb

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində "Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması" mövzusunda keçirilən konfransda bildirib.

Baş prokuror qeyd edib ki, müasir Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyev dövlətin bütün atributlarının, institutlarının yaradılması ilə yanaşı, medianın inkişafına da mühüm diqqət yetirib. Ulu Öndər uzaqgörən bir şəxsiyyət kimi görürdü ki, medianın inkişafı olmadan cəmiyyətin düzgün inkişafı, tərəqqisi mümkün deyil. Elə məhz buna görə Azərbaycan müstəqillik əldə etdiyi ilk günlərdən medianın inkişafına xüsusi diqqət yetirilib. 2003-cü ildə İlham Əliyev Prezident seçildikdən sonra bu siyasət davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.