CƏMİYYƏT


Baş prokuror: Azərbaycana raketlərin hansı istiqamətdən atıldığı ekspertizaların rəyi ilə müəyyənləşdirilib

Bakı, 30 oktyabr, AZƏRTAC

Ermənistan silahlı qüvvələrinin raket zərbələri endirdiyi şəhərlər cəbhə xəttindən çox uzaqda yerləşir və orada hər hansı hərbi obyekt yoxdur. Mingəçevir Su Elektrik Stansiyasını vurmağa çalışan Ermənistan ordusunun atdığı raketlər elektrik stansiyasının önünə düşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev oktyabrın 30–da keçirilən brifinqdə bildirib.

Baş Prokuror diqqətə çatdırıb ki, yeddi halda “Scud” tipli raketlərdən istifadə edilib. Oktyabrın 11-də və 17-də Gəncəyə, o cümlədən Kürdəmir və Qəbələ rayonlarına bu raketlərdən atılıb. Azərbaycana qarşı “S-300”, bəzi hallarda “Smerç”, “Toçka-U“ raketlərindən də istifadə edilib. Bu raket qurğuları əsasən kaset tiplidir. “Human Rights Watch” və “Amnesty International” da bu faktı təsdiqləyib.

Kamran Əliyev qeyd edib ki, “Scud” və “S-300” raketləri Ermənistanın Vardenis rayonundan atılıb. Ermənistan silahlı qüvvələri “Smerç” tipli raketləri isə işğal altındakı ərazilərimizdə yerləşən hərbi bazalardan atıb.

“Ermənistanın hərbi-siyasi rəhbərliyi barəsində başlanan cinayət işləri üzrə çoxsaylı istintaq hərəkətləri həyata keçirilib. İstintaq hərəkətləri çərçivəsində 1700 nəfər zərərçəkmiş şəxs qismində tanınıb və dindirilib. Həmçinin tibbi, ballistik və digər ekspertizalar təyin edilib. Həmin raketlərin hansı istiqamətdən atıldığı ekspertizaların rəyi ilə müəyyənləşdirilib”, - deyə Baş prokuror vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.