CƏMİYYƏT


Baş prokuror Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb

Bakı, 30 iyun, AZƏRTAC

İyunun 30-da Baş prokuror Kamran Əliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Elena Aymone Sessera ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Baş prokuror BQXK-nın zəngin tarix və ənənələrə malik olması, Komitə ilə ölkəmiz arasında inkişaf edən qarşılıqlı əlaqələr barədə söhbət açıb, ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları, o cümlədən prokurorluqda aparılan genişmiqyaslı islahatlar nəticəsində struktur dəyişikliyi ilə əlaqədar yaranmış yeni idarələrin fəaliyyət istiqamətləri barədə məlumat verib.

Xanım Elena Aymone Sessera ikitərəfli münasibətlərə toxunaraq Azərbaycan ilə münasibətlərin yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayıb, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkmiş Azərbaycan vətəndaşlarına humanitar yardımın göstərilməsi, cəbhəboyu ərazilərdə yaşayan mülki şəxslərin təhlükəsizliyi, fiziki və psixoloji sağlamlıqları, itkin düşmüş şəxslərin taleləri ilə əlaqədar BQXK-nın Azərbaycandakı fəaliyyəti, həyata keçirdiyi layihələrdən və görülən mühüm işlərdən danışıb. O, həmçinin COVID-19 pandemiyası ilə əlaqədar keçirdikləri təlimlər barədə məlumat verərək, ikitərəfli münasibətlərin inkişafı naminə, habelə Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları, o cümlədən prokurorluq orqanları ilə əməkdaşlıq istiqamətində münasibətlərin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə maraq kəsb edən suallara və mövzulara dair ətraflı məlumat verilib, bir sıra digər məsələlər müzakirə edilib, faydalı fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.