CƏMİYYƏT
Baş prokuror Gəncədə vətəndaşlarla görüşəcək
Bakı, 3 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev oktyabrın 12-də saat 10:00-da Gəncə şəhər prokurorluğunun inzibati binasında Gəncə şəhər, Samux, Göygöl və Kəlbəcər rayon sakinlərinin qəbulunu keçirəcək.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Gəncə şəhərinə gəlmələrinin təşkili müvafiq şəhər və rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə şəhər və rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instaqram, feysbuk, teleqram, tvitter) vasitəsilə də qəbula yazıla bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [16:44]
Novruz bayramı günlərində yollarda 39 yol-nəqliyyat hadisəsi baş verib
- 28.03.2024 [15:47]
ATU rəhbərliyinə institusional akkreditasiya şəhadətnaməsi təqdim olunub
- 28.03.2024 [15:21]
Daxili işlər naziri Şamaxıda vətəndaş qəbulu keçirib VİDEO
- 28.03.2024 [15:13]
Paytaxt sakininin telefon və çantasını talayan şəxs saxlanılıb VİDEO
- 28.03.2024 [15:06]