CƏMİYYƏT
Baş prokuror Qəbələ və Oğuz rayonlarının sakinlərini qəbul edəcək
Bakı, 10 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Baş prokuror Zakir Qaralov sentyabrın 13-də saat 10:00-da Qəbələ Rayon Prokurorluğunun inzibati binasında Qəbələ və Oğuz rayonları sakinlərinin qəbulunu keçirəcək.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid müraciətlərinə baxılacaq.
Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Qəbələ rayonuna gəlmələri müvafiq rayon prokurorları tərəfindən təşkil ediləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.