CƏMİYYƏT
Baş prokuror Qobustan və Xızı rayonlarında vətəndaşların qəbulunu keçirəcək
Bakı, 23 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Baş prokuror Zakir Qaralov yanvarın 31-də saat 10:00-da Qobustan Rayon Prokurorluğunun inzibati binasında Qobustan və Xızı rayonları sakinlərinin qəbulunu keçirəcək.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid müraciətlərinə baxılacaq.
Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Qobustan rayonuna gəlmələri müvafiq rayon prokurorları tərəfindən təşkil ediləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:55]
Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır
- 24.04.2024 [17:21]