CƏMİYYƏT


Baş prokuror: Xocalı soyqırımında iştirak etmiş bəzi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi mümkün olub

Bakı, 1 oktyabr, AZƏRTAC

Xocalı soyqırımında iştirak etmiş bəzi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi mümkün olub.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, Ermənistanın törətdiyi cinayətlərlə bağlı mütəmadi cinayət işləri başlanılıb və təqsirli şəxslər müəyyən edildikdə beynəlxalq axtarışa verilir. Bəzən həmin şəxslərin Azərbaycana ekstradisiyasında, istintaqa cəlb edilməsində təbii ki, müəyyən çətinliklər olur. Bütün bunlara baxmayaraq, Vətən müharibəsindən sonra bir neçə cinayət törətmiş şəxsi tapıb istintaqa cəlb etdik.

Kamran Əliyev vurğulayıb ki, hətta Xocalı soyqırımında iştirak etmiş bəzi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi mümkün olub. Bu işlərin istintaqının başqa üstünlüyü və nəticələri də var. Bu, ondan ibarətdir ki, Azərbaycan beynəlxalq məhkəmələrdə, xüsusən Beynəlxalq Ədalət Məhkəməsində Ermənistana qarşı qaldırdığı iddiaların irəli sürülməsində istintaq zamanı əldə edilən sübutlardan istifadə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.