Baş prokurorun Bərdə rayonunda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib
AzerTAg.az
Bakı, 10 may, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyevin Bərdə və Tərtər rayon sakinləri ilə mayın 16-na nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbul mayın 20-də saat 10:00-da Bərdə Rayon Prokurorluğunun inzibati binasında keçiriləcək.
Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Bərdə rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instaqram, feysbuk, teleqram, tviter) vasitəsilə də qəbula yazıla bilərlər.

Xəbərin mətnində orfoqrafik səhv var