CƏMİYYƏT
Baş prokurorun Sabirabadda keçirəcəyi qəbulun vaxtı dəyişdirilib
Bakı, 17 oktyabr, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, baş prokuror Zakir Qaralovun cari il oktyabrın 20-də saat 10:00-da Sabirabad Rayon Prokurorluğunun inzibati binasında Şirvan şəhərində, Sabirabad, Hacıqabul, Saatlı və Salyan rayonlarında yaşayan vətəndaşları üçün nəzərdə tutulan qəbulunun vaxtı dəyişdirilərək oktyabrın 27-də saat 10:00-a keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid müraciətlərinə baxılacaq.
Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Sabirabad şəhərinə gəlmələri müvafiq rayon prokurorları tərəfindən təşkil ediləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.