CƏMİYYƏT


Baş prokurorun müavini: Prokurorluğun köhnəlmiş avtomobil parkı büdcədənkənar vəsait hesabına yenilənib

Bakı, 29 sentyabr, AZƏRTAC

Büdcədənkənar vəsait hesabına uzun illərdən bəri prokurorluğun köhnəlmiş avtomobil parkı yenilənib.

Bu barədə Baş prokurorun müavini Heydər Məmmədov AZƏRTAC-a müsahibəsində bildirib.

“Qeyd etməliyəm ki, tikinti-təmir işləri aparılarkən əvvəlki dövrlərdən fərqli olaraq işçilər üçün lüzumsuz böyük xidməti otaqlar əvəzinə, normal ofis şəraitinin qurulmasına, qənaət olunmuş sahələrin hesabına isə videokonfranslar, brifinqlərin keçirilməsi, komanda şəklində müzakirələrin aparılması və qonaqların qəbul edilməsinə imkan verən otaqların yaradılmasına üstünlük verilib”, - deyə Baş prokurorun müavini əlavə edib.

Vurğulanıb ki, 2020-ci ilin mayından hazıradək prokurorluqda görülən bütün tədbirlər büdcə vəsaitlərinə qənaət edilməsinə və prokurorluğun bir çox xərclərinin büdcə hesabına deyil, büdcədənkənar vəsaitlər hesabına ödənilməsinə imkan verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.