DÜNYA


Baş verən zəlzələdən sonra İzmirdə COVID-19-a yoluxanların sayı üç dəfə artıb

İstanbul, 19 noyabr, AZƏRTAC

Oktyabrın 30-da Türkiyənin İzmir vilayətində baş verən 6.6 bal gücündə zəlzələdən sonra şəhərdə COVID-19-a yoluxanların və bu virus səbəbindən ölənlərin sayı üç dəfə artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İzmir valisi Yavuz Selim Kösər bildirib.

Vali şəhərdə virusun kəskin yayılmasının yeraltı təkanların təsirindən əhalinin sosial məsafə saxlamaq, maska taxmaq kimi qaydalara riayət etməməsi səbəbindən baş verdiyini bildirib. Qeyd edilib ki, bu vəziyyətin qarşısının alınması məqsədilə bütün Türkiyədə olduğu kimi, İzmirdə də karantin qaydaları yenidən qüvvəyə minib: “Onu deməliyəm ki, vətəndaşlarımız vəziyyətə çox böyük həssaslıqla yanaşırlar. Qaydalara mütləq şəkildə riayət olunur. Hazırda İzmirdə zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Hər kəs özünün və doğmalarının sağlamlığına diqqət yetirməlidir. Yoluxma hallarının artması yeni qadağaların tətbiqinə səbəb ola bilər”.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.