İDMAN


“Başakşəhər” İstanbul derbisində “Fənərbağça”nı məğlub edib

Bakı, 20 sentyabr, AZƏRTAC

Sentyabrın 19-da futbol üzrə Türkiyə çempionatının V turu çərçivəsində "Başakşəhər" doğma meydanda "Fənərbağça"nı qəbul edib.

AZƏRTAC xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə meydan sahibləri rəqibinin qapısından iki cavabsız top keçirib. "Başakşəhər"in qollarını Stefano Okaka (16) və Fredrik Qulbrendsen (90+1) vurub.

Günün digər matçında "Qalatasaray" öz meydanında "Alanyaspor"a minimal hesabla uduzub - 0:1. "Hatayspor" isə doğma divarlar arasında "Kayserispor"u 1:0 hesabı ilə üstələyib. "Giresunspor" - "Konyaspor" matçında isə qapılara qol vurulmayıb - 0:0.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 13 xalla "Beşiktaş" başçılıq edir. Onunla eyni xal toplayan "Trabzonspor" ikinci, 11 xala malik olan "Konyaspor" isə üçüncü pillədə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.