İDMAN


“Başakşəhər” çempionluğa bir addım daha yaxınlaşıb

Bakı, 8 iyul, AZƏRTAC

Futbol üzrə Türkiyə çempionatının XXXI turunun birinci gün qarşılaşmasında "Başakşəhər" doğma meydanda "Dənizlispor"u qəbul edib.

AZƏRTAC xəbər verir ki, maraqlı keçən qarşılaşmada meydan sahibləri rəqiblərini iki cavabsız qolla məğlub ediblər. İstanbul təmsilçisinin qollarını Enzo Krivelli (65) və Edin Viska (78) vurub.

Beləliklə, görüşdə 2:0 hesabı ilə qalib gələn "Başakşəhər" klubu çempionluğa bir addım daha yaxınlaşıb. İstanbul klubu növbəti üç görüşün hər birində qələbə qazanarsa, çempionluğunu rəsmiləşdirəcək.

Bundan əlavə, turda iyulun 8-də "Sivasspor" – "Yeni Malatyaspor", "Trabzonspor" - "Antalyaspor", "Alanyaspor" - "Qalatasaray", "Göztəpə" - "Ankaragücü", sabah isə "Rizəspor" - "Kayserispor", "Beşiktaş" - "Kasımpaşa", "Qaziantep" – "Konyaspor" komandaları qarşılaşacaq.

Türkiyə çempionatında hazırda "Başakşəhər" 66 xalla turnir cədvəlinin lideridir. "Trabzonspor" 61 xalla ikincidir. "Sivasspor" 54 xalla üçüncü, "Qalatasaray" klubu isə 52 xalla dördüncü pillədə qərarlaşıb. Sonrakı yerlərdə "Fənərbağça" (50 xal), "Beşiktaş" (50 xal), "Alanyaspor" (48 xal) və digər komandalar gəlir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.