İDMAN


“Başakşəhər” heyətini türk əsilli alman müdafiəçi ilə gücləndirib VİDEO

Bakı, 7 yanvar, AZƏRTAC

İstanbulun “Başakşəhər” futbol klubu Robinyodan sonra daha bir futbolçu ilə heyətini gücləndirib.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, İstanbul təmsilçisi türk əsilli alman müdafiəçi Sərdar Taşçını transfer edib. Moskvanın “Spartak” klubundan transfer olunan 31 yaşlı futbolçu ilə 2020-ci ilin yayına qədər müqavilə imzalanıb.

Karyerası ərzində Almaniyanın “Ştutqart” və “Bavariya” klublarının heyətində də çıxış edən müdafiəçi “Spartak”ın forması ilə meydana çıxdığı 74 oyunda 2 qol vurub.

S.Taşçı Almaniya milli komandasının heyətində 14 oyun keçirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.