İDMAN


“Başakşəhər” məşqçisini itirmək istəmir

Bakı, 18 yanvar, AZƏRTAC

İstanbulun “Başakşəhər” futbol klubu baş məşqçi Abdullah Avcı ilə müqaviləni yeniləyib.

AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, 55 yaşlı mütəxəssislə beşillik müqavilə imzalanıb.

Baş məşqçi karyerasına 2005-ci ildə 17 yaşadək futbolçulardan ibarət Türkiyə millisində başlayıb. Türk mütəxəssis 2006-2011-ci illərdə “Başakşəhər” klubunun məşqçisi, 2011-2013-cü illərdə isə Türkiyə milli komandasının baş məşqçisi vəzifəsində çalışıb. Avcı 2014-cü ildə yenidən “Başakşəhər” klubuna qayıdıb.

Qeyd edək ki, İstanbul klubu cari mövsüm keçirdiyi 17 oyundan 35 xal toplayaraq turnir cədvəlinə liderlik edir. Klub ən yaxın izləyicisi “Trabzonspor”u 6 xal qabaqlayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.