İDMAN


“Başakşəhər” norveçli hücumçu Fredrik Qulbrandseni transfer edib

Bakı, 27 iyun, AZƏRTAC

İstanbulun “Başakşəhər” futbol klubu norveçli hücumçu Fredrik Qulbrandseni transfer edib.

AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, 26 yaşlı hücumçu Avstriyanın “RB Salzburq” klubundan İstanbul klubuna keçib. Hücumçu “Başakşəhər”lə 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Fredrik Qulbrandsen ötən mövsümdə “RB Salzburq” klubunun heyətində keçirdiyi 31 oyunda 11 qol vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.