İDMAN


“Başakşehir” səkkizdəbir finala vəsiqə qazanıb

Bakı, 28 fevral, Nicat Məmmədov, AZƏRTAC

Fevralın 27-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün onaltıdabir final mərhələsinin növbəti cavab oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, Türkiyənin bu turnirdə yeganə təmsilçisi “Başakşehir” klubu öz meydanında Portuqaliyanın “Sportinq” komandasını qəbul edib.

Səfərdə 3:1 hesabı ilə məğlub olan İstanbul təmsilçisi ilk dəqiqələrdən rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Matçın 31-ci dəqiqəsində Martin Şkrtel hesabı açıb - 1:0. Birinci hissənin başa çatmasında bir dəqiqə qalmış “Başakşehir” hesab arasındakı fərqi iki topa çatdırıb. Daniel Aleksiç adını tabloya yazdırıb - 2:0.

Qarşılaşmanın ikinci hissəsinin 68-ci dəqiqəsində qonaqlar qollardan birinin əvəzin çıxıb. Luçiano Vietto Markos Akunanın ötürməsini dəqiq zərbə ilə tamamlayıb - 2:1. Matçın 90-cı dəqiqəsində “Başakşehir” yenidən fərqlənib. Edin Vişca komandasının vacib qolunu vurub.

Ümumi hesab eyni olduğundan qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqəlik iki hissə oynanılıb.

Artırılan ikinci hissənin 14-cü (119-cu) dəqiqəsində “Başakşehir” daha bir qol vurub. Hakimin təyin etdiyi 11-metirlik cərimə zərbəsini E.Vişca dəqiq yerinə yetirərək komandasına səkkizdəbir finala vəsiqə qazandıran həlledici qolu qapıdan keçirib - 4:1. Bu, oyunda sonuncu qol olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.