MƏDƏNİYYƏT


“Başın sağ olsun, Vətən” adlı videoçarx şəhid Elşən Məmmədova həsr olunub

Bakı, 22 sentyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 nömrəli filialı Tovuz döyüşlərində şəhid olan Elşən Məmmədov haqqında “Başın sağ olsun, Vətən!” adlı videoçarx hazırlayıb.

İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarx kitabxananın “Instagram” səhifəsində yerləşdirilib.

Qeyd edək ki, sentyabrın 21-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan ordusunun kiçik çavuşu Elşən Məmmədov qəhrəmancasına şəhid olub. O, yaşadığı Tovuz rayonunun Qazıqullu kəndində torpağa tapşırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.