REGİONLAR


Basketbol birinciliyi başa çatıb

Naxçıvan, 13 may, AZƏRTAC

Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin idman zalında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında Naxçıvan şəhər tam orta məktəblərinin oğlan komandaları arasında keçirilən basketbol birinciliyi başa çatıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 17 komanda iştirak edib. Beynəlxalq Basketbol Federasiyasının mövcud qaydalarına əsasən keçirilən birinciliyin yekununa əsasən, 17 nömrəli tam orta məktəbin komandası bütün rəqiblərini üstələyərək qalib adını qazanıb. 16 nömrəli tam orta məktəbin komandası ikinci, 13 nömrəli tam orta məktəbin komandası isə üçüncü olub.

Qalib komandalara və komanda üzvlərinə təşkilatçıların diplomları təqdim edilib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.