İDMAN
Basketbol üzrə 27-ci Azərbaycan çempionatına start verilib
Bakı, 11 oktyabr, AZƏRTAC
Basketbol üzrə 27-ci Azərbaycan çempionatına "Zirvə Astara"-Gəncə" oyunu ilə start verilib.
AZƏRTAC xəbər verir ki, elə birinci hissədə təşəbbüsə yiyələnən "Zirvə" böyük fasiləyə tutarlı xal üstünlüyü ilə yollanıb - 50:29.
Qalan iki hissə "Gəncə"nin diktəsi ilə keçsə də, ilk yarıda qazanılan xal üstünlüyü oyunu "Zirvə"nin qələbəsi ilə nəticələndirib - 77:56.
Ölkə birinciliyində 8 komanda - "Atletik", "Atom", "Zirvə Astara", "Gəncə", "Sərkərdə", "Sıçrayış", "80-lər" və "Xırdalan" iştirak edir.
Birinci turun növbəti oyunları - "Sərkərdə"- "Atom",
"Xırdalan"- "Atletik" və "Sıçrayış"- "80-lər" oktyabrın 12-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]