İDMAN


Basketbol üzrə Abşeron rayon çempionatının qalibləri mükafatlandırılıblar

Bakı, 14 mart, AZƏRTAC

Abşeron Rayon Gənclər və İdman İdarəsinin və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə tədbirlər planına əsasən “Heydər Əliyev İli”nə həsr olunmuş 17 yaşadək qızlar arasında idmanın basketbol növü üzrə Abşeron rayon çempionatının final mərhələsi keçirilib.

AZƏRTAC xəbər verir ki, 40 komandanın mükafata layiq yerlər uğrunda mübarizə apardığı çempionatın final mərhələsinə 8 komanda vəsiqə qazanıb.

Final yarışında birinci yeri “Xırdalan-1” komandası (Xırdalan şəhər 1 nömrəli tam orta məktəb), ikinci yeri “Pirəkəşkül” komandası (Pirəkəşkül tam orta məktəb), üçüncü yeri isə “Masazır-4” komandası (Masazır kənd 4 nömrəli tam orta məktəb) qazanıb.

Qaliblər Abşeron Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olundular.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.