Basketbol üzrə Avroliqanın qalibi Belqradda müəyyənləşəcək
AzerTAg.az
Belqrad, 19 may, AZƏRTAC
Serbiyanın paytaxtı Belqrad şəhəri basketbol üzrə Avroliqanın 2021/2022-ci il mövsümünün “Dördlər finalı”na ev sahibliyi edir.
AZƏRTAC xəbər verir ki, mayın 19-da keçiriləcək “Dördlər finalı”nda Avroliqanın son qalibi Türkiyənin “Anadolu Efes”, İspaniyanın “Real Madrid”, “Barselona” və Yunanıstanın “Olimpiakos” klubları çempionluq uğrunda mübarizə aparacaqlar. “Anadolu Efes”-“Olimpiakos” və “Real Madrid”-“Barselona” matçlarının qalibi mayın 21-də finalda qarşı-qarşıya gələcək.
Qeyd edək ki, Avropa basketbolunun bir nömrəli kubokunu ən çox qazanan klub “Real Madrid”dir. İspan klubu 1958-ci ildən bəri təşkil edilən turnirdə 10 dəfə çempion olub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad

Xəbərin mətnində orfoqrafik səhv var