İDMAN


Basketbol üzrə Azərbaycan çempionatına hazırlıq məqsədi daşıyan turnirdə finalçılar müəyyənləşib

Bakı, 6 oktyabr, AZƏRTAC

"Sərhədçi" İdman Olimpiya Mərkəzində 28 -ci Azərbaycan çempionatına hazırlıq məqsədi daşıyan mini turnirdə yarımfinal oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, ilk qarşılaşma "NTD BK" - "AAAF Xırdalan BK" komandaları arasında keçirilib. Xırdalan basketbolçuları rəqibinə 80-65 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıblar.

İkinci görüşdə isə "Gəncə BK" komandası "Zirvə Astara BK" basketbolçularına 114-76 hesabı ilə qalib gələrək turnirin ikinci finalçısı olub.

Qeyd edək ki, oktyabrın 6-da turnirin final və 3-cü yer uğrunda oyunları keçiriləcək.

Finalda "Gəncə BK" - "AAAF Xırdalan", 3-cü yer uğrunda görüşdə isə "NTD BK" - "Zirvə Astara BK" komandaları üz-üzə gələcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.