İDMAN


Basketbol üzrə Azərbaycan çempionatında ikinci dövrəyə start verilir

Bakı, 8 yanvar, AZƏRTAC

Yanvarın 12-də kişi basketbolçular arasında 26-cı Azərbaycan çempionatının ikinci dövrəsinə start veriləcək.

AZƏRTAC xəbər verir ki, oyunlar Azərbaycan Texniki Universitetinin basketbol arenasında keçiriləcək.

İkinci dövrənin ilk turunda “80-lər” komandası ADNSU, NTD klubu “Alov”, AzTOP isə U-18 ilə qarşılaşacaq.

Qeyd edək ki, turnir cədvəlinə 10 xalla AzTOP başçılıq edir. NTD 9 xalla ikinci, U-18 isə 8 xalla üçüncü pillədə qərarlaşıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.