REGİONLAR


Basketbol üzrə Naxçıvan Muxtar Respublika birinciliyi başa çatıb

Naxçıvan, 12 oktyabr, AZƏRTAC

Ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin basketbol üzrə Naxçıvan Muxtar Respublika birinciliyi başa çatıb.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, yarışlardan əvvəl universitetin İdman Klubunda keçirilən tədbirdə çıxış edən ali təhsil müəssisəsinin rektoru, Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının sədri Elbrus İsayev muxtar respublikada idmana göstərilən yüksək dövlət qayğısından danışıb. Qeyd olunub ki, ölkəmizdə bütün idman sahələrinin uğurlu inkişafı ilə yanaşı, basketbol idman növünə də xüsusi önəm verilir. Universitetin idman sahəsindəki uğurlarından bəhs edən rektor qazanılan nailiyyətlərin ölkədə və muxtar respublikada idmanın inkişafına, gənclərin mənəvi fiziki cəhətdən sağlam yetişməsinə göstərilən diqqət və qayğının nəticəsi olduğunu vurğulayıb. Rektor universitetdə basketbol idman növünə marağın artdığını qeyd edib, yarış iştirakçılarına uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramin Hacı ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər və idman siyasətindən danışıb. Qeyd edilib ki, bu sahədə aparılan məqsədyönlü siyasət nəticəsində ölkəmiz bir sıra idman yeniliklərinə imza atıb, Azərbaycanda böyük idman infrastrukturu yaradılıb, respublikamız dünyada idman ölkəsi kimi tanınmağa başlayıb. Ölkəmizdə, həmçinin muxtar respublikamızda idmanın müxtəlif növləri üzrə Avropa, dünya çempionatları, beynəlxalq turnirlər keçirilir. Nazir universitetdə keçirilən mütəmadi idman oyunlarını yüksək qiymətləndirib.

Sonra oyunlara start verilib. İki gün davam edən oyunlarda 6 komanda iştirak edib. Gərgin mübarizə nəticəsində NDU-da təhsil alan əcnəbi tələbələrdən ibarət komanda yarışda birinciliyi əldə edib. NDU-nun digər yığma komandası isə ikinci yerə çıxıb. Üçüncü yer uğrunda mübarizədə Tibb Kollecinin komandası uğur qazanıb.

Sonda qalib komandaların mükafatlandırılma mərasimi olub. Yarışın qalibi və mükafatçılara diplom və kubok təqdim edilib.

Ötən il universitetdə basketbol üzrə ictimai hakimlik üçün təşkil edilən seminarda fəallıq göstərən tələbələr də yarışlarda uğurla hakimlik etdiklərinə görə diplomla təltif ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.