İDMAN


Basketbol üzrə Yunanıstan çempionatının oyunları bərpa olunmayacaq

Bakı, 6 aprel, AZƏRTAC

Koronavirus pandemiyasına görə dayandırılan basketbol üzrə Yunanıstan çempionatının oyunları bərpa olunmayacaq.

AZƏRTAC xəbər verir ki, artıq liqa oyunçularının Həmkarlar İttifaqı ilə klub sahibləri videomüşavirə təşkil edərək razılığa gəliblər. Bu məsələ həllini tapsa da, bəzi problemlər hələ qalmaqdadır. Belə ki, növbəti videomüşavirədə oyunçuların qalan müddətdə məvacibinin ödənilməsi və turnir cədvəlindəki vəziyyət müzakirə olunacaq.

İndiki məqamda mövsümün nəticələrinin ləğv olunması gözlənilmir. Böyük ehtimalla, yarış dayandırılan vaxt lider mövqeyində qərarlaşan “Panatinaikos” çempion elan ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.