DÜNYA
Bastia sakini: Köhnə idarəçilik müasir dövrün tələblərinə cavab vermir VİDEO
Bastia, 18 mart, AZƏRTAC
Son günlər Korsika adasında baş verən iğtişaşların əsas səbəbi hökumət tərəfindən bizim istəklərimizə cavab verilməməsidir. Köhnə idarəçilik müasir dövrün tələblərinə cavab vermir. Biz müstəqillik deyil, muxtariyyət verilməsi tələbi ilə çıxış edirik.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bastia şəhərinin sakini, solçu fəal Antuan Mariani söyləyib.
Onun sözlərinə görə, ada sakinləri mövcud idarəçilik sistemindən narazıdırlar və siyasi, iqtisadi və sosial sahələrdə müəyyən muxtariyyət tələb edirlər. Korsikalılar illərdir ki, bununla bağlı Fransa hökuməti qarşısında məsələ qaldırsalar da, onlara müsbət cavab verilməyib.
“Almaniyada siyasi hakimiyyətin idarəçiliyində landerlərin müəyyən muxtariyyəti var. Hər bir landerin öz daxili idarəçilik sistemi var. Bizim də tələbimiz muxtar siyasi idarəçilikdir”, - deyə A.Mariani əlavə edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Bastia