REGİONLAR


Batabat Astrofizika Rəsədxanasında tələbələr üçün seminar təşkil edilib

Şahbuz, 8 oktyabr, AZƏRTAC

AMEA Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanasında Naxçıvan Dövlət Universitetinin fizika ixtisasının I və II kurs tələbələrinin iştirakı ilə “Fizikanın və astronomiyanın müasir problemləri” mövzusunda elmi seminar təşkil edilib.

AMEA Naxçıvan Bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə rəsədxananın direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev seminarın keçirilməsinin aktuallığı barədə məlumat verib. O, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2019-cu il 3 aprel tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamını xatırladıb. Qeyd olunub ki, Sərəncamdan irəli gələn əsas vəzifələrdən biri muxtar respublika ərazisində ali məktəb tələbələri ilə birlikdə müxtəlif elmi-kütləvi tədbirlərin təşkil edilməsi, hamiliyə götürülmüş tələbələrin elmə maraqlarının artırılması, onların bilik və bacarıq səviyyəsinin yüksəldilməsidir.

Daha sonra Qulu Həziyev “Fizikanın və astronomiyanın müasir problemləri”, kiçik elmi işçilər Vəfa Qafarova “Kainatda qara çuxurlar” və Türkan Məmmədova “Müasir yerüstü optik teleskoplar” mövzularında çıxış ediblər.

Rəsədxana əməkdaşları həm fizikanın, həm də astronomiyanın maraqlı və aktual mövzuları haqqında videomateriallardan istifadə etməklə seminar iştirakçılarına ətraflı məlumat veriblər.

Sonda tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.