CƏMİYYƏT


Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edilib

Bakı, 17 iyul, AZƏRTAC

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) “Tağıyev”, “Pirşağı” sularda xilasetmə məntəqələrinin ərazisində və 2 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən 5 nəfər batma təhlükəsi ilə üzləşib.

FHN-dən AZƏRTAC-a bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həmin şəxslər xilas edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.