“Batman və Robin” filminin Batman kostyumu hərraca çıxarılacaq
AzerTAg.az
Bakı, 7 iyul, AZƏRTAC
Сoel Şumaxerin 1997-ci ildə çəkdiyi "Batman və Robin" filmindəki aktyor Corc Kluninin geyindiyi Batman kostyumu 40 min dollarlıq başlanğıc təkliflə hərraca çıxarılacaq.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, tanınmış “Heritage Auctions” hərrac evinin ev sahibliyi etdiyi tədbir 2022-ci il iyulun 22-23-də keçiriləcək.
"Bu, şübhəsiz ki, indiyə qədər yaradılmış ən məşhur Batman kostyumudur. Və mən də indi çox şadam ki, bu filmin məşhur kostyumunu onu bizim kimi yüksək qiymətləndirə bilən birinə təqdim edəcəyik” – deyə filmin rejissoru bildirib.
Qeyd edək ki, “Batman və Robin” filmində əsas rolları Corc Kluni, Arnold Şvartseneqqer, Kris O'Donnell, Uma Turman, Alisiya Silverstoun və digər aktyorlar canlandırıblar.



Xəbərin mətnində orfoqrafik səhv var