İDMAN
Batumi-2018: Azərbaycanın kişi və qadın yığmaları rəqibləri ilə heç-heçə ediblər
Bakı, 1 oktyabr, AZƏRTAC
Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasının VII turunda kişilərdən ibarət Azərbaycan millisi Polşa yığması ilə heç-heçə edib – 2:2.
AZƏRTAC xəbər verir ki, qarşılaşmada Şəhriyar Məmmədyarov Duda Yan - Kşiştof, Teymur Rəcəbov - Rodoslav Voytaşek, Arkadi Naydiç -Tomçak Yaçek, Eltac Səfərli isə Kamil Draqun ilə xalları yarı bölüblər.
İtaliya komandası ilə qarşılaşan qadınlardan ibarət yığmamız da heç-heçə ilə kifayətlənməli olub.
Beləliklə, yeddi turdan sonra Azərbaycan və Polşa yığmaları 12 xalla olimpiadada liderlik edirlər. ABŞ komandası 11 xalla üçüncüdür. On komandanın aktivində isə on xal var.
Azərbaycanın qadın şahmatçıları 11 xalla səkkizinci pillədə qərarlaşıb. Qadınların yarışında Ermənistan yığması 13 xalla birincidir. Çin, Ukrayna, Gürcüstan-1 və Rumıniya yığmaları isə 12 xal toplayıblar.
Ümumdünya Şahmat Olimpiadası oktyabrın 5-də başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [21:10]
Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
- 19.04.2024 [19:57]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]