İDMAN


Batumi-2018: Azərbaycanın qadın şahmatçıları Gürcüstan komandasına qalib gəliblər

Bakı, 2 oktyabr, AZƏRTAC

Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasının VIII turunda qadınlardan ibarət Azərbaycan millisi Gürcüstan yığması ilə qarşılaşıb.

AZƏRTAC xəbər verir ki, görüş Azərbaycan komandasının qələbəsi ilə başa çatıb - 2,5:1,5.

Şahmatçılarımızdan Günay Məmmədzadə Salome Meliyaya, Xanım Balacayeva Sofio Qvetadzeyə

qalib gəliblər. Gülnar Məmmədova Sopiko Xuxaşvili ilə görüşü heç-heçə başa vurub. Zeynəb Məmmədyarova isə İnqa Çarxalaşvili ilə qarşılaşmada məğlub olub. Bu nəticədən sonra qadınlardan ibarət milli komandamız xallarının sayını 13-ə çatdırıb və beşinci pillədə qərarlaşıb. Qadınların yarışında hər birinin 14 xalı olan Çin və Ukrayna yığmaları birinci, ikinci yerləri bölüşürlər. Üçüncü pilləni 13 xalla ABŞ millisi tutur.

ABŞ yığması ilə qarşılaşan kişilərdən ibarət Azərbaycan millisi isə rəqibinə məğlub olub – 1,5: 2,5.

Qarşılaşmada Teymur Rəcəbov Uesli Soya qalib gəlib. Şəhriyar Məmmədyarov Fabiano Karuanaya məğlub olub. Arkadi Naydiç Hikaru Nakamura ilə heç-heçə edərək xalları yarı bölüb. Rauf Məmmədov - Samuel Şanklend görüşündə rəqib üstün olub.

Beləliklə, səkkiz turdan sonra xallarının sayını 15-ə çatdıran ABŞ komandası olimpiadada liderlik edirlər. Polşa yığması 14 xalla ikinci, Azərbaycan komandası isə 13 xalla üçüncüdür.

Ümumdünya Şahmat Olimpiadası oktyabrın 5-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.