İQTİSADİYYAT
Batumidə “Şərq tərəfdaşlığı” ölkələrinin birinci investisiya forumu işə başlayıb
Batumi, 11 iyul, AZƏRTAC
Gürcüstanın Batumi şəhərində Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələrin birinci investisiya forumu keçirilir.
AZƏRTAC xəbər verir ki, forumda “Şərq tərəfdaşlığı” ölkələrinin iqtisadi inkişafı, bu ölkələrdəki investisiya mühiti və imkanları, qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsi, azad iqtisadi zonaların yaradılması və sair məsələlər müzakirə olunur.
Forumda Azərbaycanın Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev, İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və digər rəsmi şəxslər iştirak edirlər.
Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natiq Turnava çıxış edərək ölkəsinin iqtisadi imkanları barədə məlumat verib.
İqtisadiyyat nazirinin müavini R.Məmmədov isə ölkəmizin beynəlxalq iqtisadi əlaqələri və investisiya imkanları barədə məlumat verəcək.
Forum çərçivəsində “Şərq tərəfdaşlığı” ölkələrinin investisiya kataloqunun təqdimatı olacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Batumi