DÜNYA


Batumidə baş vermiş faciə ilə bağlı Gürcüstanda matəm elan olunub

Tbilisi, 9 oktyabr, AZƏRTAC

Gürcüstan hökuməti Batumidə yaşayış binasının çökməsi nəticəsində baş vermiş faciə ilə əlaqədar oktyabrın 11-ni ölkədə matəm günü elan edib.

AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib. O bəyan edib ki, hakimiyyət orqanları zərərçəkənlərə kömək göstərəcək və bütün təqsirkarlar cəzalandırılacaq.

Qeyd edək ki, qəza nəticəsində 6 nəfər həlak olub. Hadisə ilə bağlı aparılan istintaq çərçivəsində üç nəfər saxlanılıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.