İQTİSADİYYAT


Batumiyə yola düşən “Buta Airways”ə məxsus təyyarə geri qayıtmağa məcbur olub

Bakı, 12 iyul, AZƏRTAC

“Buta Airways” şirkətinin saat 07:46-da Bakıdan yola düşən “J2 9227” saylı aviareysində hava gəmisinin kapitanı uçuş aeroportuna geri qayıtmaq qərarı alıb.

AZƏRTAC aviaşirkətə istinadla xəbər verir ki, təyyarə Bakı vaxtı ilə saat 10:12-da Heydər Əliyev Aeroportunda (GYD) uğurlu eniş edib. Təyyarənin geri qayıtmasına səbəb Batumi Hava Limanında müşahidə edilən qeyri-sabit hava şərait olub.

Təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Bakıdan Batumiyə yola düşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.