İDMAN


Batut gimnastikası üzrə 6-cı, tamblinq üzrə 18-ci Azərbaycan birinciliyi və Bakı çempionatı start götürüb

Bakı, 29 yanvar, AZƏRTAC

Yanvarın 29-da Milli Gimnastika Arenasında batut gimnastikası üzrə 6-cı, tamblinq üzrə 18-ci Azərbaycan birinciliyi və Bakı çempionatı start götürüb.

AZƏRTAC xəbər verir ki, turnirdə idmançılar fərdi proqramda batut üzrə balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər, tamblinq üzrə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyalarında mübarizə aparırlar. Çempionat və birincilikdə ümumilikdə batut üzrə 34, tamblinq üzrə isə 20 idmançı iştirak edir.

Yarışlar Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin rejimi qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun qaydada, tamaşaçıların iştirakı olmadan keçirilir.

Qeyd edək ki, batut gimnastikası üzrə 6-cı, tamblinq üzrə 18-ci Azərbaycan birinciliyi və Bakı çempionatından sonrakı ilk üç ay ərzində Milli Gimnastika Arenasında gimnastikanın müxtəlif növləri üzrə daha üç yerli yarış keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.