İDMAN


Batut gimnastikası yarışlarında fərdi proqram üzrə finalçılar müəyyənləşib

Bakı, 16 fevral, AZƏRTAC

Fevralın 16-da Milli Gimnastika Arenasında batut gimnastikası yarışlarının kişi və qadın gimnastları arasında fərdi proqramda finalçıları müəyyən olub.

AZƏRTAC xəbər verir ki, təsnifat yarışlarının yekunlarına görə, kişilər arasında finala Belarus gimnastı Vladislav Qonçarov, Çin təmsilçisi Donq Donq, rusiyalı gimnast Andrey Yudin, Yeni Zelandiya təmsilçisi Dilan Şmidt, çinli Tu Syao, yaponiyalı Daiki Kişı və Tütsuya Sotomura və belaruslu Aleks Rabtsau yüksəliblər.

Qadınlar arasında finala çinli idmançılar Qianqi Lin, Linqlinq Lyu, kanadalı Rozanna Meklennan, belaruslu Mariya Maxarinskaya, rusiyalı Suzana Koçesok və İrina Kundius, yaponiyalı Tisato Doixita və Mequ Uyama vəsiqə qazanıblar.

Qeyd edək ki, Bakıda batut gimnastikası və tamblinq üzrə ilin ilk dünya kuboku yarışlarında 30 ölkədən 160-dan çox gimnast mübarizə aparır. İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri keçirilir, ikinci gün isə final mərhələləri baş tutacaq.

Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

2019-cu və 2020-ci illərdə Tokio Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli 6 dünya kuboku keçiriləcək. Paytaxtımız gələn il bu kuboklardan daha birinə də ev sahibliyi edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.