İDMAN


“Bavariya” Benjamin Pavarla müqavilə imzalayıb

Bakı, 9 yanvar, AZƏRTAC

Almaniyanın “Bavariya” futbol klubu fransalı müdafiəçi Benjamin Pavarı heyətinə qatıb.

AZƏRTAC klubun saytına istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçi Münxen təmsilçisinə azad agent statusunda transfer olunub. Bunu klubun prezidenti Həsən Səlhəmidiç Dohada keçirilən təlim-məşq toplanışı zamanı mətbuat konfransında bildirib. Qeyd edib ki, Pavar ilə beşillik müqavilə bağlanılıb. Futbolçu 2019-cu ilin yayında komandaya qoşulacaq.

Müdafiəçi cari mövsümdə “Ştutqart”ın heyətində 14 oyun keçirib. Pavar Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatında Fransa millisinin heyətində dünya çempionu olub. O, milli komandada 18 oyunda 1 qol vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.