İDMAN


“Bavariya”-“Sevilya” matçına hakim təyinatları açıqlanıb

Bakı, 15 sentyabr, AZƏRTAC

UEFA Super Kubokunda “Bavariya” və “Sevilya” arasında keçiriləcək oyuna hakim təyinatları açıqlanıb.

AZƏRTAC UEFA-nın saytına istinadən xəbər verir ki, matçın baş hakimi İngiltərə Futbol Federasiyasından Entoni Teylor olacaq. Ona həmyerliləri Qeri Bisuik və Adam Nann köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Orel Qrinfild yerinə yetirəcək.

Qeyd edək ki, UEFA Super Kuboku sentyabrın 24-də Budapeştdə keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.