İDMAN


“Bavariya” klubu “Ayaks”ın iki futbolçusuna görə rekord məbləğ ayırıb

Bakı, 7 dekabr, AZƏRTAC

Almaniyanın “Bavariya” klubu yayda özünəməxsus transfer rekordunu yeniləyə bilər.

AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, Münxen klubu Niderlandın “Ayaks” klubunun iki oyunçusuna görə, 150 milyon avrodan keçməyə hazırdır. Belə ki, klub 19 yaşlı müdafiəçi Mattisa de Luqte və 21 yaşlı yarımmüdafiəçi Frenki de Yonqu heyətinə qatmaq istəyir. Hər iki oyunçu Avropanın bir neçə aparıcı klubu tərəfindən izlənilir.

Cari mövsüm Mattisa de Luqte 24 oyuna üç qolla, Frenki de Yonq isə 22 oyuna iki qolla yadda qalıb.

Qeyd edək ki, “Bavariya”nın hazırkı rekordu Fransanın “Lion” klubundan 41 milyon avroya transfer etdiyi Korentena Tolissodur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.